AZ

HANSI ŞƏXSLƏR güzəştli şərtlərlə pensiya ala bilər? - AÇIQLAMA

Ölkəmizdə  “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib . Qərara əsasən vətəndaşlar bu imkanlardan necə faydalana bilərlər? Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan vətəndaşlar bunu necə sübut etməlidir?  Ümumiyyətlə  hansı  şərtlərlə bu növ pensiyaları almaq mümkündür?


Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bildirib ki, həmin Qərara əsasən, güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarət olub. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyaların istehsalata tətbiqi güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edib. 


Ekspert həmçinin onu da bildirib ki, burada bir çox peşə və sahələr mövcuddur.  Eyni zamanda da bu hüquqlara malik şəxslərin əmək kitabçalarına da baxılmalıdır. Bundan başqa müsahibimiz pensiya haqqında da qanunvericilikidəki 8-ci maddəni də xüsusi olaraq vurğulayıb. O deyib ki, bu qanunun 8-ci maddəsində qeyd olunub ki, uşaqlara görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var.  Burada qeyd olunur ki, valideynlərini itirmiş 8 yaşındək və qəyyumluğa götürülən uşaqlar daxil olmaqla eyni zamanda da 5 və daha artıq uşağı olan şəxslərin pensiyaya çıxması üçün 5 il güzəşt edilir. 




Sözügedən qanunvericiliyin 9-cu maddəsində isə qeyd edilir ki, prokurorluq orqanlarına 35 il işləyən şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa bilərlər.  Bundan başqa hərbçilərlə də bağlı təxminən eyni hüquqlar bu qanunda öz əksini tapıb. Bir sözlə kateqoriyaya aid bir sıra peşələr var. Hər biri üçün də fərqli məqamlar mövcuddur. 


Xalid Kərimli bildirib ki,  haqqında danışılan sahələrdə kişilər ən azı 12 il 6 ay bu sahədə çalışmalı, qadınlar isə minimum 10 il çalışmalıdırlar ki, güzəştli şərtlərlə pensiya əldə edə bilsinlər.  Beləliklə əsasən 12 sahə üzrə rəsmi fəaliyyət göstərən şəxslər qanunvericiyə uyğun şəkildə müvafiq dövlət qurumlarına müraciət edərək hüquqlarında istifadə edə bilərlər.



Bünyamin Bünyadzadə

Referans

Seçilən
48
1
referans.az

2Mənbələr