Bakı. Trend:
Təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasimanipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqqişidir.
Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xariciİşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibəcinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlıəsassız bəyanatına dair şərhində deyilir.
"Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbiəsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldanrəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkindüşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsindəəməkdaşlıq edib.
Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitarhüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildəpozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlarpis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdəsaxlanılıblar.
Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatınverilməsi, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycanaqarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütünvasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibəcinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edənməhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayişetdirir.
Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyətivə bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır.Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlbolunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədərhaqq işidir", - o qeyd edib.