Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq etməkdə ittiham olunan Ruhiyyə Məmmədovanın məhkəmə araşdırması başa çatıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda evi talanan Şirinbəyli ifadə verib. Zərərçəkmiş deyib ki, Ruhiyyə evində xadimə işlədiyi vaxt oğurladığı qızıl-zinət əşyalarının çoxunu qaytarmayıb.
Bütün tərəflər dindirildikdən sonra məhkəmə istintaqı tamamlanıb. Prokuror Valeh Ələkbərov Ruhiyyə Məmmədovanın külli miqdarda ziyan vurmaqla oğurluq erməkdə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilməsini tələb edib.
Telman Hüseynovun sədrlik etdiyi hakimlər də xanım müttəhimin təqsirli olduğunu təsdiq ediblər.
Hökmə əsasən, R.Məmmədova 5 il 6 ay azadlıqdan məhrum edilib. Sərbəst mühakimə edilən xanım elə məhkəmə zalında həbs edilib.