Mart ayında Bakıda havanın orta aylıq temperaturunun 6-8°C arasında olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır və təxminən 1°C yüksəkdir.
News24.az xəbər verir ki, gecələr temperatur 3-8°C arasında dəyişəcək, bəzi günlərdə isə 0-5°C şaxta müşahidə oluna bilər. Gündüzlər isə temperatur 8-13°C arasında olacaq, bəzi günlərdə isə 15-20°C-yə qədər yüksəlməsi mümkündür. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bəzi yerlərdə bir qədər çox olacağı proqnozlaşdırılır.
Ağa Dadaşzadə