Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində qalan 2 cavab görüşü oynanılır.

Offsideplus.az xəbər verir ki, günün ilk görüşü "Zirə" və "Araz-Naxçıvan" arasında olub.

İlk oyunda məğlub olan "qartallar" meydaçaya yalnız qələbə üçün çıxmışdılar. Son turlarda Premyer Liqada qeyri-sabit çıxışı ilə diqqət çəkən "Araz-Naxçıvan" isə növbəti mərhələyə rəqibindən daha yaxın görünürdü. Bunu deməyə Naxçıvan təmsilçisinin Zirəyə 1:0 hesablı üstünlüklə gəlməsi əsas verirdi.

Qapısında erkən qol görən "Zirə" birinci hissədə penaltidən  top buraxıb. Rəşad Sadıqovun yetirmələri sonadək məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Bununla da, "Zirə" Azərbaycan kuboku yarışı ilə vidalaşıb.

28 fevral

“Zirə” – “Araz-Naxçıvan” 0:2 

Felipe Santos, 3 (pen.); 45 (pen.)

İlk oyun: 0:1

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Zirə İdman Kompleksinin stadionu