Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Day.Az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.
"Pakistanın Baş nazirinin Azərbaycana son səfəri zamanı göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
İki lider həmin səfər zamanı ticarət və investisiya ilə bağlı qəbul edilən qərarların icrasını sürətləndirmək üçün yaxından işləmək barədə razılığa gəliblər", - məlumatda deyilir.
Xəbər yenilənəcək