AZ

Rəşad Sadıqov: "Mərhələni keçməyə yaxın olan tərəf biz idik"

"Futbolçularıma təşəkkür edirəm. Bu mövsüm keçirdiyimiz ən yaxşı oyunlardan biri oldu. Mərhələni keçmək üçün əllərindən gələni etdilər".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Araz-Naxçıvan"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyununda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlubiyyəti şərh edib: Hər iki matça görə mərhələni keçməyə yaxın olan tərəf biz idik. Amma rəqib qazandığı 3 penaltini qola çevirib yarımfinala yüksəldi. Onları təbrik edirəm. Önümüzdəki matçlarda daha da yaxşı formada olmalıyıq. Rəqiblər bizi təhlil edir, yüksək motivasiya ilə oynayırlar. Bu məqamları təhlil edib növbəti oyunlara daha yaxşı hazırlaşmaq lazımdır. Çox sıx qrafikdə oynayırıq. Bu gün futbolçularım rəqibin üzərində böyük təzyiq yaratdı. Amma yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Alınmadı. Bu gün uğur rəqibin tərəfində idi".

Rəşad Sadıqov qarşılaşmada komandasının qapısına təyin olunan 2 penaltiyə aydınlıq gətirib: "Birinci epizod penaltidir. Düzdür, baxmamışam. Amma oyunun dinamikasında oxşayırdı. İkinci epizoddan çempionatımızda 100 dənə nümunə gətirərəm. Bir neçə klubumuz blokdan istifadə edir. Tuturlar, yıxırlar, boğurlar. Bizim xeyrimizə belə epizod olsaydı, əminəm ki, soyuqqanlı şəkildə şərh edəcəkdilər ki, ikisi də bir-birini tuturdu, mübarizə idi. Belə şeylərə öyrəşmişik. Nədənsə hakimlər 50/50 olan epizodlarda çox vaxt bizim əleyhimizə qərarlar qəbul edir. Birinci hissədə VAR-a baxıldı, həkimlər meydana girdi, pauzalar oldu. Cəmi 3 dəqiqə əlavə olunması təəccüblü idi. İlk yarıda ən azı 8-9 dəqiqə pauza oldu. Hakimliyin üzərində çox dayanmaq istəmirəm. Bu gün futbolçuların oyunundan həzz alırdım".

Qeyd edək ki, "Zirə" 0:1 və 0:2 hesabları ilə uduzaraq, mübarizəni dayandırıb.

İdman.biz

Seçilən
34
6
idman.biz

10Mənbələr