AZ

Kərə yağı istehsalı və ixracı ötən ilin göstəricilərini üstələdi

Ötən ilin yanvar ayında kərə yağının istehsalında və ixracında artım müşahidə edilib.

Valyut.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar ayında 2 min 194 ton kərə yağı istehsal edilib. Ötən ilin eyni ayında  bu göstərici 2 min 9 təşkil edib. Bu, onu göstərir ki, kərə yağı istehsalı ötən ilə nisbətən 95,6 ton və ya 4,6 % artıb. 

Onu da qeyd edək ki, 2025-ci ilin yanvar ayında ixrac olunan əsas qeyri-neft malları arasında 6,7 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac olunub.

Ötən ilin eyni dövründə isə 1,5 milyon dollar dəyərində kərə yağı ixrac olub. Nəticə olaraq, bu ilin yanvar ayında ixrac olunan kərə yağı ötən ilə nisbətən 5,2 milyon ABŞ dolları əlavə gəlir gətirib. 

Sərvanə Rəmixanova

Seçilən
38
valyuta.az

1Mənbələr