Beynəlxalq Muğam Mərkəzinin "Muğam dəstgahları" layihəsi çərçivəsində konsert proqramı təqdim olundu. Layihə çərçivəsində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (Bədii rəhbər və baş dirijor Mustafa Aşurov) "Zabul segah" və "Bayatı Kürd" səsləndi.
Konsertdən əvvəl BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə tamaşaçıları salamlayaraq BMM-də muğam dəstgahlarının XÇA orkestri ilə təqdimi ənənəsini mühüm musiqi hadisəsi kimi dəyərləndirdi. İfa olunacaq muğamlar haqqında məlumat verdi. Tamaşaçılar sırasında gənclərin say çoxluğuna diqqət çəkən direktor milli irsimizin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etdi. Çıxışdan sonra muğamlar Əməkdar artistlər Sevinc Sarıyeva, Bəyimxanım Vəliyeva, Qoçaq Əsgərov və xanəndə Elbrus Niftəliyevin ifasında təqdim olundu. Orkestrin müşayəti ilə xanəndələrin peşəkar ifaları tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılandı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)