AZ

Mühasirədə olan rus zabit batalyonu qorumaq üçün ukraynalıların atəşini özünə tərəf çəkib

Qvardiya mayoru Mixail Popov Ukrayna Silahlı Qüvvələrinin mühasirəsində olan zaman atəş nöqtəsini özünə tərəf çəkib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında hərbçiyə istinadən məlumat yayıb.

Şarok ləqəbli motoatıcı batalyonunun komandiri Uqledar, Avdeevka, Artemovsk, Lisiçansk və Soledardakı döyüşlərdə iştirak edib.

Xüsusi əməliyyatın lap əvvəlində o və tabeliyində olanlar Xarkov istiqamətində mühasirəyə alınıb. Orada yol ayrıcını saxlayaraq ukrayna əsgərlərinə batalyonun əsas qüvvələrinə tərəf keçməsinin qarşısını alıblar. Ümumilikdə 16 rus döyüşçüsü olub.

“Bizdən üstün olan düşmən qüvvələrinə qarşı döyüşdük və atəş nöqtəsini üç dəfə özümüzə tərəf çəkdik. Düşmən öz kütləsi ilə bizə təzyiq edirdi”, - Şarok deyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
49
herbiand.az

1Mənbələr