AZ

Azərbaycanda zəncirvari qəza: 5 nəfər öldü

Ağcabədidə zəncirvari qəza olub.

Publika.az Trend-ə istinadənxəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobilin iştirakı ilə baş verən qəzada "VAZ”da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.

Hazırda Ağcabədi Rayon Təcili Yardım Stansiyasının əməkdaşları hadisə yerində ölən və yaralıların aidiyyəti üzrə təhvil verilməsi üçün əraziyə cəlb edilib.

Seçilən
63
8
publika.az

10Mənbələr