AZ

“Meta” şirkəti istifadəçilərdən üzr istəyib

Bakı. Trend:

“Instagram”a sahib olan “Meta” şirkəti adıçəkilən sosialşəbəkənin videoçarxlar bölməsinin zorakı və qanlı məzmunda olangörüntülərlə dolmasına səbəb olmuş alqoritm xətasına görə rəsmiolaraq üzrxahlıq edib.

Trend xəbər verirki, bu haqda “The Guardian” nəşri yazır.

Sosial şəbəkə istifadəçiləri “İnstagram”ın “Reels” bölməsindəhədsiz sayda qanlı, heyvanlara qarşı zorakılıq və sair həssasvideoların qarşılarına çıxmasından şikayətlənirdi.

Çoxları bu şikayətlərini ictimailəşdirmək üçün “Reddit”platformasına üz tutmuşdular. Bəziləri “Reels”də hətta çoxsaylıölüm videoları ilə üzləşdiklərini iddia edirdi.

Yaranmış vəziyyətlə əlaqədar üzrxahlıq edən "Meta" şirkətintexniki xətanı artıq aradan qaldırdığını diqqətə çatdırıb. Şirkətəmin edir ki, zorakı videolarla müşayiət olunan yersiz tövsiyələrməzmun moderasiyası siyasətində edilən dəyişikliklərdən deyil,texniki xətadan qaynaqlanıb.

Məqalədə:
Seçilən
99
2
az.trend.az

3Mənbələr