Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib...
“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olacaq.
Bundan əlavə, təhlükəsizlik və Ukrayna ilə Rusiya arasında hərbi münaqişənin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir.
Poliqon.info