AZ

Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyi yanında İctimai Şuralar arasında görüş baş tutub - FOTOLAR

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri ilə Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvlərinin görüşü keçirildi.
QHT.az xəbər verir ki, 28 fevral 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri ilə Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvlərinin görüşü baş tutdu. Görüşdə ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və təhsil və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi.


Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayaraq, gələcək birgə layihələr və təşəbbüslər barədə fikir mübadiləsi apardılar. Görüş səmərəli müzakirələrlə yadda qaldı və hər iki qurumun ictimai iştirakçılığın artırılması istiqamətində əməkdaşlığını gücləndirmək niyyətini bir daha təsdiqlədi.

Seçilən
89
1
qht.az

2Mənbələr