Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə edilən kəskin havaşəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Trend xəbərverir ki, bildirilib ki, hazırda ölkə ərazisində müşahidə edilənqeyri-sabit və yağıntılı hava şəraiti martın 2-dək davamedəcək.
"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyətəkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddiəməl etməyə çağırır.
Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrikqızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəbolduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyiqaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq.Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcıcihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıqyüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsizqoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə dədağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkünqədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurətyarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədənməlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqdaavtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayətqədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olanyerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və gününqaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyəolunur.
Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalarayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən,ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzluyolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun,yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdanqorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcıolan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir", - nazirlikdən bildirilib.