AZ

Bakıda məhəllələrin birində TƏHLÜKƏLİ VƏZİYYƏT VİDEO

Bakıda məhəllələrin birində köhnə daş divarın bir hissəsinin uçması nəticəsində təhlükəli vəziyyət yaranıb.

Xezerxeber.az xəbər verir ki, sakinlər pilləkən və hasarların illərdir qəzalı vəziyyətdə olduğunu bildirirlər.

Onların sözlərinə görə, yaşayış binasının yaxınlığındakı bu pilləkən və hasar illərdir təhlükəli vəziyyətdə olsa da, uçqun qar səbəbindən baş verib.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, hasarın bir hissəsinin uçması ilə əlaqədar qurumun əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Yağıntılardan sonra torpaqda yaranmış boşluqdan belə hal ortaya çıxıb və yaxın zamanda ərazi bərpa işləri aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
82
xezerxeber.az

1Mənbələr