AZ

Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planları hazırlanır

Ötən il azad edilmiş ərazilərin Baş Planı hazırlanıb və təqdim edilib:

Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planlarının üzərində iş aktiv şəkildə davam etdirilir.  

Operativ Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Təməl” mükafatının təltifetmə mərasimində deyib.

Onun sözlərinə görə, ötən il azad edilmiş ərazilərin Baş Planı hazırlanıb və təqdim edilib:

"Bu il biz bu işi davam etdirəcəyik. Qarabağda və Şərqi Zəngəzurda demək olar, bütün  Baş planlar hazırlanıb, əksəriyyəti rəsmi şəkildə təsdiqlənib. Kiçik bir hissəsinin üzərində dəqiqləşdirmə işləri aparılır. Aidiyyəti dövlət qurumları ilə razılaşdırma prosesi başa çatmaq üzrədir".

A.Quliyev xatırladıb ki, Bakının Baş Planı artıq təsdiq edilib və reallaşdırılmağa başlanılıb.

Seçilən
108
8
operativmedia.az

9Mənbələr