AZ

Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir? VİDEO

Qız tələbələrin adından səhifələr yaradılır, icazələri olmadan şəkilləri paylaşılır.

Xezerxeber.az xəbər verir ki, universitetdə təhsil alan bəzi şəxslər də məsələni təsdiqləyirlər. Hətta tələbələr bir-birlərinə diqqətli olmaları, ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq da ediblər.

Məsələ ilə bağlı Tibb Universitetinə sorğu ünvanladıq. Qeyd olundu ki, bununla bağlı müəyyən tələbələr tərəfindən daxili işlər orqanlarına müraciət edilib. "Hazırda daxili işlər orqanları tərəfindən müvafiq araşdırma həyata keçirilir. universitet tərəfindən hüquq-mühafizə orqanlarına zəruri dəstək və köməklik göstərilir. Bu kimi məsələlərin araşdırılması universitetin səlahiyyətindən və imkanlarından xaric olduğu üçün biz hüquq-mühafizə orqanları tərəfindən müvafiq qiymətləndirmə gözləyirik",-deyə universitetin açıqlamasında bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
99
xezerxeber.az

1Mənbələr