Vladimir Zelenski Ağ Evə gəlib və burada onu ABŞ prezidenti Donald Tramp qarşılayıb. Görüşdə iki ölkə arasında Ukraynanın mineral ehtiyatlarına dair razılaşmanın müzakirə ediləcəyi gözlənilir.
Zelenskinin Ağ Evə gəliş anı Amerika televiziya kanalları tərəfindən yayımlanıb.
Ali Rada daha əvvəl şikayət etmişdi ki, Ukraynanın baş naziri Denis Şmıxal nadir torpaq metalları üzrə ABŞ-la müqavilənin təfərrüatları ilə bağlı suallara konkret cavab verməkdən yayınır.
“Economist” jurnalı mənbəyə istinadən yazıb ki, Zelenski Ukrayna üçün geniş təhlükəsizlik təminatları daxil edilmədən iqtisadi saziş imzalamaq niyyətində deyil.
DOĞRU.AZ