AZ

Andrey Lunyov Azərbaycan karyerasını super adlandırıb

"Qarabağ"ın keçmiş qapıçısı Andrey Lunyov Azərbaycan karyerasını super adlandırıb.

İdman.biz xəbər verir ki, o, Rusiya mətbuatına verdiyi müsahibə bu barədə danışıb.

"Azərbaycanda oyun təcrübəsi hər mənada super idi. Bizim üçün avrokubokları və yerli çempionatda mövsüm uğurlu alındı. Ölkə kubokunu qazandıq. Özümüzü göstərsək də, bunu tam edə bilmədik", - deyə Lunyov açıqlamasında bildirib.

Qeyd edək ki, 2023/2024 mövsümünü "Qarabağ"da keçirən Andrey 43 oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu olub və ölkə kuboku qazanıb.

İdman.biz

Seçilən
76
idman.biz

1Mənbələr