AZ

ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb, prezidentlərin birgə mətbuat konfransı ləğv edilib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisə etdikdən sonra Ağ Evi vaxtsız tərk edib.

 

Bu barədə "Reuters" məlumat yayıb.

 

Bildirilib ki, ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb və prezidentlərin birgə mətbuat konfransı ləğv edilib.

 

Ağ Ev mətbuat konfransının ləğv edildiyini təsdiqləyib.

 

“Ukrayna Prezidenti Volodimir Zelenski və Prezident Donald Tramp artıq cümə günü birgə mətbuat konfrası keçirməyəcəklər”, - Ağ Ev rəsmisi bildirib.

 

Ukrayna nümayəndə heyətinin də Ağ Evi tərk etdiyi bildirilir.

Tarix: 28 Fevral 2025, 22:55   
Seçilən
127
6
pravda.az

6Mənbələr