AZ

FHN dəhşətli qəza ilə bağlı açıqlama yaydı

Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində baş verən yol-nəqliyyat qəzasına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb edilib.

 

Bu barədə Sfera.az-a FHN-in mətbuat xidmətindən bildiriblər.

 

Məlumatda deyilir: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “MERCEDES” və "VAZ 2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib".

 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib.

 

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Seçilən
16
2
sfera.az

3Mənbələr