AZ

Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qız tələbələrin adından səhifələr yaradılır, icazələri olmadan şəkilləri paylaşılır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, universitetdə təhsil alan bəzi şəxslər də məsələni təsdiqləyirlər. Hətta tələbələr bir-birlərinə diqqətli olmaları, ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq da ediblər.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildirilib ki, bununla bağlı müəyyən tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.
"Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma həyata keçirilir. Universitet tərəfindən hüquq-mühafizə orqanlarına zəruri dəstək və köməklik göstərilir. Bu kimi məsələlərin araşdırılması universitetin səlahiyyətindən və imkanlarından xaric olduğu üçün biz hüquq-mühafizə orqanları tərəfindən müvafiq qiymətləndirmə gözləyirik",- deyə universitetin açıqlamasında bildirilib.
Ətraflı süjetdə:
Seçilən
195
4
oxu.az

10Mənbələr