AZ

Renat Dadaşov debüt matçında qol vurdu - VİDEO

Polşa Ekstraklasasında 23-cü tura start verilib. 

Bakıvaxtı.az xəbər verir ki, turun açılış matçında Azərbaycan milli komandasının üzvləri - Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” öz meydanında “Vidzev”i qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.  

Rahilin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Görüşə ehtiyat oyunçular skamyasından başlayan Renat isə 80-ci dəqiqədə Roberto Alvesin yerinə meydana çıxıb.

Millimizin hücumçusunun yeni klubunda debütu uğurlu alınıb. Dadaşov 90-cı dəqiqədə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib. 

Bu heç-heçə ilə xallarının sayını 25-ə çatdıran “Radomyak” 18 komanda arasında 13-cü pillədə qərarlaşıb. 

Seçilən
54
2
bakivaxti.az

4Mənbələr