Müğənni Bahar Lətifqızı iki ildir efirdə görünməməsinin səbəbini açıqlayıb.
BiG.AZ xəbər verir ki, "Həmin Zaur" verilişində qonaq olan ifaçı səhhətindəki problemə görə ekranlardan uzaq düşdüyünü bildirib:
"Bu qədər müddət ərzində evdə idim, səhhətimdə problem var idi. Əməliyyat olundum, çətinliyim var idi. Şükür Allaha ki, bu gün ayaqdayam, sağalmışam. Allah istədi və sağaldım. Əsas odur ki, ölümdən qurtuldum".(axşam.az)