Azad dünyanın yeni liderə ehtiyacı var.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Ukrayna prezidentləri - Donald Tramp və Vladimir Zelenskinin qalmaqallı görüşü ilə bağlı yazıb.
O, Ukraynaya dəstəkdə avropalıların üzərinə daha böyük məsuliyyət düşdüyünü bildirib:
“Avropa Birliyi Ukraynaya mübarizəni davam etdirə bilməsi üçün dəstəyi artıracaq. Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var. Bu problemi həll etmək bizdən, avropalılardan asılıdır”, – Kallas qeyd edib.
Xatırladaq ki, daha əvvəl bir sıra Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenskiyə dəstəyini ifadə etmişdilər.