AZ

Kliçko Zelenskiyə:EMOSİYALAR ZAMANI DEYİL!

ABŞ-ın dəstəyi Ukrayna üçün çox vacibdir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Kiyev meri Vitali Kliçko öz Teleqram kanalında yazıb.

 

O, Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasındakı mübahisəyə münasibət bildirib.

 

O vurğulayıb: “Ümid edirəm ki, Ukrayna ABŞ-ın dəstəyini qoruyub saxlaya biləcək, bu, bizim üçün çox vacibdir. Bu gün emosiyalar zamanı deyil. Biz ümumi mövqelər axtarmalıyıq".

 

Kliçkonun sözlərinə görə, ABŞ və Ukrayna arasında əməkdaşlıq və etibarlı münasibətlər Avropada təhlükəsizlik və sabitlik üçün çox vacibdir.

Seçilən
49
2
senzor.az

3Mənbələr