AZ

ABŞ 20 ildən çoxdur ki, Meksikadakı narkokartelləri dronlarla izləyir

Bakı. Trend:

ABŞ hakimiyyəti artıq iyirmi ildən çoxdur Meksikadakı narkotikkartellərini gizli şəkildə dronlarla izləyir.

Trend xəbər verirki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Departamenti və MərkəziKəşfiyyat İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinənəzarət proqramında iştirak edir. Mənbələr bildiriblər ki, dronlarvasitəsilə toplanan məlumatlar 2016-cı ildə narkobaron XoakinQuzman Loeranı (El Çapo) həbs etməyə kömək edib. Bundan əlavə,pilotsuz təyyarələr bir sıra genişmiqyaslı narkotikəməliyyatlarında da mühüm rol oynayıb.

Proqram çərçivəsində əsasən MQ-9 Reaper dronlarından istifadəedilir. Meksikanın müdafiə naziri Rikardo Trevilla Trejo bildiribki, məhz bu dronların topladığı məlumatlar El Çaponun oğlu İvanArçibaldo Quzmanın mühafizə rəisinin həbsinə şərait yaradıb.2023-cü ildə isə hüquq-mühafizə orqanları dronların köməyi ilə onunqardaşı Ovidio Quzmanı taparaq saxlayıb.

WSJ qeyd edir ki, Meksikada həyata keçirilən bu gizli dronproqramı artıq 20 ildən çoxdur fəaliyyət göstərir, lakin onunnarkobaronların həbsində oynadığı rol indiyə qədər mediadaaçıqlanmamışdı.

Seçilən
43
az.trend.az

1Mənbələr