AZ

Böyük Britaniya müdafiə texnologiyalarını sürətləndirmək üçün innovasiya mərkəzi yaradır

Bakı. Trend:

Böyük Britaniya hökuməti müdafiə sənayesi ilə əməkdaşlığıgenişləndirmək və hərbi texnologiyaların tədarükünü sürətləndirməkməqsədilə yeni innovasiya mərkəzi yaradacağını elan edib.

Trend “Reuters”aistinadən xəbər verir ki, bu addım, ölkənin müdafiə sektorundaislahatları həyata keçirmək və iqtisadi artımı stimullaşdırmaqstrategiyasının bir hissəsidir.

Qərar, Baş Nazir Kir Starmerin müdafiə xərclərinin 2027-ci iləqədər ÜDM-in 2,5 faizinə, 2029-cu ildən isə 3 faizinə çatdırılmasıplanını açıqlamasından qısa müddət sonra verilib.

Maliyyə naziri Reyçel Rivz məsələ ilə bağlı bildirib ki,“dünyada mövcud vəziyyətdə milli təhlükəsizlik və iqtisadi inkişafbir-biri ilə sıx bağlı olacaq.”

Qeyd edək ki, 2023-cü ilin iyul ayında iqtisadi artımı təşviqetmək vədi ilə hakimiyyətə gələn Leyboristlər hökuməti müdafiəsənayesini ixtisaslı iş yerlərinin əsas mənbəyi kimi görür. Yeniinnovasiya mərkəzinin rəsmi açılışı martın 26-da keçiriləcək vəburada minlərlə yeni iş yerinin açılması planlaşdırılır.

Seçilən
43
3
az.trend.az

4Mənbələr