AZ

“Qarabağ” da bildi, “Neftçi” də

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Neftçi" sonuncu yarımfinalçı olub.

"Ağ-qaralar" iki oyunun nəticəsinə görə, "Kəpəz"i mübarizədən kənarlaşdırıblar (2:0, 1:0). "Neftçi" finala gedən yolda "Sabah"la münasibətlərə aydınlıq gətirəcək.

Yarımfinalın digər cütündə isə “Qarabağ”la “Araz-Naxçıvan” üz-üzə gələcək.

Yarımfinalın oyunları aprelin 2-də və 23-də keçiriləcək.

Seçilən
65
49
sportinfo.az

10Mənbələr