Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubundakı debütündən razı qalıb.
İdman.biz xəbər verir ki, 25 yaşlı hücumçu Ekstraklasanın XXIII turunun “Vidzev”lə ev oyunu barədə fikirlərini açıqlayıb.
O, 80-ci dəqiqədə meydana çıxdığı matçdakı debütü və komandasını məğlubiyyətdən xilas etdiyi qola imza atmasına münasibət bildirib: “Bu qarşılaşmada üç xal qazanmaq istəyirdik. Belə bir klubdakı debütümdə qol vurduğuma görə xoşbəxtəm. Bundan sonra da səylə çalışacağıq. Artıq bütün fikrimiz növbəti matça köklənib”.
Qeyd edək ki, “Radomyak” – “Vidzev” görüşü 1:1 hesabı ilə başa çatıb.
İdman.biz