AZ

Keçmiş nazirlər Trampa boykot elan edib

Keçmiş

Beş keçmiş ABŞ müdafiə naziri, prezident Donald Trampı bir neçə amerikalı hərbi rəhbəri işdən çıxarmaq qərarına görə tənqid edib.“Ulusum”.az xəbər verir ki, məlumatı The Washington Post yazır. Ağ Ev rəhbəri, o cümlədən, Baş Qərargah Rəisi General Çarlz Braunı vəzifəsindən azad etməyi qərara alıb.Keçmiş nazirlər, Konqresə müraciət edərək, Trampı bu məsuliyyətsiz hərəkətlərinə görə cavabdeh tutmağa və ona Konstitusiya ilə verilən nəzarət vəzifələrini tam yerinə yetirməyə çağırıblar.Müraciəti ABŞ Müdafiə Nazirliyinin keçmiş rəhbərləri Lloyd Ostin, Ceyms Mettis, Çak Heygel, Leon Panetta və Uilyam Perrinin imzalayıb. Keçmiş nazirlər, müdafiə sahəsindəki vəzifə dəyişiklikləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onlar, həmçinin, ABŞ-ın milli təhlükəsizliyinə təsirini qiymətləndirmək üçün Konqresin hər iki palatasında dinləmələrin keçirilməsinin vacib olduğunu hesab ediblər.Səidə

Diqqət Çəkənlər

“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir - FOTO

"Ana dilimizi sevək,qoruyaq daima ucaldaq" adlı tədbir keçirilib

Olland Trampa «zərbə vurmağa» çağırıb

Seçilən
35
ulusum.az

1Mənbələr