AZ

Milli Məclisdə gənclərlə bağlı TƏKLİF: Yaxın zamanda müzakirələr başlayacaq


Bu günlərdə Milli Məclisin Mədəniyyət Komitəsinin üzvləri ilə müəyyən müzakirələr etmişik.

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib. 

E.Akimova yaxın zamanda gənc yaradıcı şəxslərin inkişafı mövzularında komitə iclasında müzakirələrin olacağı bildirib.

“Yaxşı olardı ki, vahid strukturdan bu işin təşkilatlanması aparılsın. Həm gəlir yeri, həm yaradıcılıq baxımdan mexanizm olmalıdır. Polad Bülbüloğlu da bizə bildirdi ki, yaxın vaxtlarda konkret təkliflər hazırlayaq”, - deyə o əlavə edib.

Deputat bildirib ki, yaradıcı şəxslər üçün güzəştlərin olması birbaşa stimul olacaq.

“Müəyyən güzəştlər tətbiq olunsa, bu sahədə çalışan şəxslər daha çox həvəslənər.  Ancaq bu işdə yaradıcı şəxslər də, təşkilatlar da maraqlı olmalıdır. Məsələn, bu məsələ ilə bağlı təkliflər versələr, bir neçə deputat mövzunu qaldırsa, digər tərəfdən Mədəniyyət Nazirliyi  müzakirələr aparsa, daha çoxuna nail ola bilərik. Amma təşkilatlar da bu işdə faal iştirak etməlidir. Açıq etiraf edək ki, ara-sıra bir neçə fikir ortaya atmaqla istəyimizə nail ola bilmərik. Sistemli şəkildə çalışmaq daha məqsədəuyğundur. Yaradıcılıqda olan boşluqlar məni də narahat edir. Fərqi yoxdur, kino, teatr, ədəbiyyat sahəsi olsun. Məqsəd budur ki, hər birində olan boşluqlar aradan qaldırılsın. Öz növbəmdə, maksimum şəkildə bunların həlli üçün addımlar atacağam”, - deyə deputat fikirlərni yekunlaşdırıb

Ağa Dadaşzadə


Seçilən
36
news24.az

1Mənbələr