AZ

Neymar “Barselona”ya qayıdır?

"Santos"un braziliyalı futbolçusu Neymar sabiq klubu "Barselona" ilə ilkin danışıqlar aparıb.

Yenisabah.az xəbər verir ki, bunu "Barselona"nın baş məşqçisi Hans-Diter Flik və idman direktoru Deko bildirib.

Flik komandanın oyunçuya ehtiyacı olduğuna əmin deyil. Amma futbolçu maaşını azaltmağa və komandada ikinci dərəcəli rol oynamağa hazırdır.

"Barselona" klubunun prezidenti Joan Laporta isə Neymarı komandaya qaytarmaq istəyir.

Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb. Futbolçu bu qış "Santos"a keçib. Onun müqaviləsi cari mövsümün sonuna qədərdir.


Telegram kanalımız
Seçilən
102
50
yenisabah.az

10Mənbələr