AZ

Soğan alarkən bunlara diqqət edin- Məsləhətlər

Soğan alarkən diqqət etməli olduğunuz bir neçə məsləhət, ən təzəsini almanızı asanlaşdıracaq və aldığınız soğanların uzun müddət saxlanmasını təmin edəcək.

AzPost Medicina.az-a istinadən xəbər verir ki, soğan dadı və sağlamlığa faydaları ilə hər zaman süfrədədir. İmmunitet sistemini gücləndirən, qan şəkərini tarazlaşdıran və ürək sağlamlığını qoruyan bu möcüzə tərəvəz bütün dünyada ən çox yeyilən qidalardan biridir.

Bəs, soğan alarkən nələrə diqqət etməliyik?

Hər tərəvəz və meyvədə olduğu kimi soğanda da təzəlik çox vacibdir. Bu səbəbdən soğanı mütləq gövdəsi saçaqlı olanları seçin.

Qabığı asanlıqla soyulan soğanlardan uzaq durun və qabığı asan soyulmayanları seçin. Çünki qabığı tez soyulan soğan köhnə olur.

Quru soğan yumurtalıq kistini, menstruasiya şikayətləri və prostatın ağrılarına qarşı  mükəmməl vasitədir.

Lazım olanlar: 2 stəkan su və orta boy soğan

Hazırlanması: İki stəkan  suyu qaynadın. Orta boy soğanı soyun və dördə bölərək suyun çərisinə atın. Ağzını bağlayıb, 5 dəqiqə qaynadıqdan sonra ocaqdan götürüb kənara qoyun. Sonra süzüb, günorta yeməyindən 10 dəqiqə əvvəl, eyni şəkildə axşam yeməyindən on dəqiqə əvvəl için. Bu prosesi 15 gün təkrarlayın.

Diqqət: Bu qarışımda ancaq ağ soğandan, qırmızı və ya bənövşəyi soğandan istifadə etmək olmaz. Təzə hazırlanması və ilıq olaraq içilməsi şərtdir.

Seçilən
109
9
azpost.info

10Mənbələr