AZ

Renat Dadaşov: “İlk qolumu vurduğum üçün xoşbəxtəm”

Millimizin üzvü Renat Dadaşov Polşanın “Radomyak” klubunun heyətində debüt edib.

İdmanxeber.az xəbər verir ki, 25 yaşlı forvardın debütü uğurlu alınıb. “Vidzev”lə matçın (1:1) 80-ci dəqiqəsındə meydana daxil olan futbolçu 10 dəqiqə sonra komandasına 1 xal qazandıran qolu vurub.

Renat debütü barədə instaqram hesabında paylaşım edib. Azərbaycanlı forvard xoşbəxt olduğunu bildirib:

“Bu heyrətamiz klubda debüt etdiyim və ilk qolumu vurduğum üçün xoşbəxtəm. 3 xal qazanmaq istəyirdik. Amma diqqətimizi növbəti oyuna yönəldəcəyik”.

Qeyd edək ki, Renat Dadaşov bir neçə gün öncə “Radomyak”la mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Seçilən
28
1
idmanxeber.az

2Mənbələr