Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens Ağ Evdə baş verən mübahisənin bədəli bütün Ukrayna ola bilər.
News24.az xəbər verir ki, belə bir fikri Britaniyanın "The Economist" jurnalına verdiyi müsahibədə ukraynalı müxalifət deputatı bildirib.
Deputat bildirib ki, Tramp ilə belə bir dialoqa girmək ona heç bir şans buraxmır. "İndi o, Zelenskinin məhv edilməsinə məcbur olacaq," - deyə adı çəkilməyən deputat obrazlı şəkildə ifadə edib. "Mən qorxuram ki, bədəli bütün ölkəmiz ola bilər," - o əlavə edib.
"The Economist" yazır ki, hətta Zelenskinin yaxın ətrafı da Ağ Evdəki görüşün fəlakət olduğunu etiraf edir. Bəziləri bildirir ki, ukraynalı qonaq üç il davam edən münaqişədən və uzun transatlantik uçuşdan sonra yorulmuşdu. "Ceyms Devid problem idi," - jurnalın mənbələrindən biri deyib. "Zelenski gücünü göstərməli idi ki, danışıqlarda nüfuz qazansın, amma emosiyalar çox güclü oldu", - deyə o bildirib.
Aynurə