AZ

Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının növbəti ildönümü qeyd olunub(VİDEO)

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris MərkəzindəHeydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 21-ci ildönümü iləəlaqədar təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ƏÜO və ictimaiyyətnümayəndələri, Heydər Əliyev adına Hərbi Liseyin şəxsi heyəti vədigər qonaqların iştirak etdiyi tədbirdə xalqımızın ÜmummilliLideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutlayad edilib. Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsini icra edənpolkovnik Rəşad Əsgərov qonaqları və şəxsi heyəti salamlayaraqonları Liseyin yaradılması günü münasibətilə təbrik edib, müdafiənaziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətəçatdırıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidovçıxış edərək əlamətdar gün münasibətilə kollektivi təbrik edib,onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb. Ulu Öndərin daimqayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağınınötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrlarınhazırlanması sahəsində müstəsna xidmətlər göstərdiyini, cəmiyyətdəhərb peşəsinin nüfuzunun yüksəlməsində və taleyini bu sahəyə həsredən gənclərin sayının davamlı artmasında əhəmiyyətli roloynadığını vurğulayıb. Kursantlara Vətənə, dövlətə və Müzəffər AliBaş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi,nizam-intizamlı xidmət etməyi, fərdi bacarıq və intellektualsəviyyələrini daim artırmalarını, komandir-rəis heyətinin əmr vəgöstərişlərini dəqiq, vaxtında yerinə yetirmələrini tövsiyəedib.

Tədbidə çıxış edənlər Hərbi Liseyin yaradılması, keçdiyi inkişafyolu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazibütövlüyümüzün bərpa olunmasında apardığı uğurlu döyüşəməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlıqələbələrin qazanılmasında Hərbi Liseyi müxtəlif illərdə bitirmişməzunların göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindəndanışıblar.

Sonra hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris vəməişət səraiti ilə bağlı videoçarx təqdim olunub. ƏÜO-nun Təlim vəTədris Mərkəzinin və Hərbi Liseyin yaradıcı kollektivinin iştirakıilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa edilib.
Sonda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbiqulluqçular və mülki işçilər mükafatlandırılıb.

Məqalədə:
Seçilən
34
8
az.trend.az

9Mənbələr