AZ

Papa kritik vəziyyətdən çıxa bilmir - Vatikan xəbər yaydı

Dünən günortadan sonra Papa I Fransisk kilsədə dua ilə növbələşdiyi tənəffüs fizioterapiyasının səhər seansından sonra bronxospazm tutması keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti bildirib.

“Bu, qusmağa səbəb oldu onun nəfəsinin daha da pisləşməsi ilə nəticələndi”, - məlumatda deyilib.

Papaya dərhal bronxial sorma (tənəffüs yollarını təmizləmək üçün) verilib və qeyri-invaziv ventilyasiyaya yerləşdirilib, bu da qanında oksigen səviyyəsini yaxşılaşdırıb.

Papa I Fransisk Roma Gemelli Xəstəxanasında ikiqat pnevmoniyadan müalicə almağa davam edir. O, fevralın 14-də tənəffüs yoluxucu infeksiyaya görə xəstəxanaya yerləşdirilib.

Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr