
Hörmət ünsiyyətdə əsas amillərdən biridir. O, həm şəxsi dəyərimizi artırır, həm də başqaları ilə daha sağlam münasibətlər qurmağa kömək edir.

E-saglam.az xəbər verir ki, insanların sizə hörmət etməsini istəyirsinizsə, ünsiyyətinizdə aşağıdakı ifadələri istifadə edə bilərsiniz.
"Xahiş edirəm, icazə verin dediklərimi bitirim." – Qarşınızdakı insan sözünüzü kəsirsə, bu ifadə onun sizə hörmət etməsinə və fikrinizi tam ifadə etməyə şərait yaradır.
"Sizin fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. İndi icazə verin, öz fikrimi bildirim." – Qarşı tərəfi dinlədiyinizi və öz fikrinizi ifadə etmək haqqınızı qoruduğunuzu göstərir.
"Bu qərar haqqında düşünmək üçün vaxta ehtiyacım var." – Tez qərar vermək istəmədiyinizi bildirərək insanlara sizin düşüncə prosesinizə hörmət etməyi xatırladırsınız.
"Bu mənim sərhədlərimi pozur." – Şəxsi sərhədlərinizin aşıldığını bildirmək üçün aydın və qəti bir ifadədir.
"Sizdən gözlədiyim budur." – Aydın ünsiyyət üçün qarşınızdakı insandan nə gözlədiyinizi bildirmək münasibətlərinizi gücləndirir.
"Mənim bunu etməyə imkanım yoxdur." – Həddindən artıq öhdəlik götürməmək üçün açıq və dürüst bir cavabdır.
"Məntiqinizi mənə izah edə bilərsinizmi?" – Qarşı tərəfi dialoqa təşviq edir və onun fikirlərini daha yaxşı anlamağınıza kömək edir.
"Anladığınız üçün təşəkkür edirəm." – Qarşı tərəfi dəyərləndirdiyinizi göstərir və qarşılıqlı hörmət yaradır.
"Köməyinizə ehtiyacım olsa, sizə xəbər verəcəm." – Həm minnətdarlığınızı, həm də müstəqilliyinizi ifadə edir.
"Nəzarət etdiyimiz şeylərə diqqət edək." – Mənasız şikayətlərdən uzaq duraraq problemi həll etməyə yönəldiyinizi bildirir.
"Mənim günahımdır." – Səhvinizi etiraf etməklə dürüstlük və məsuliyyət nümayiş etdirirsiniz.
"Bu vəziyyət məni narahat edir." – Hisslərinizi açıq şəkildə ifadə edərək qarşı tərəfə sərhədlərinizi başa düşməyə kömək edirsiniz.
"Bu vəziyyət haqqında nə düşünürsünüz?" – Qarşınızdakı insanın fikirlərinə önəm verdiyinizi göstərir və qarşılıqlı hörməti artırır.
"Xahiş edirəm, mənim mövqeyimi nəzərə alın." – Öz baxış bucağınızı başqalarına çatdırmaq üçün vacib ifadədir.
"Mən sizin yerinizdə olsaydım, necə hiss edərdim?" – Empatiyanı artıraraq qarşılıqlı anlaşmanı gücləndirir.
Bu ifadələr ünsiyyətinizdə hörmət tələb etməyə və eyni zamanda başqalarına hörmət göstərməyə kömək edəcək.
Tərcümə: Könül Oruc