
Hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edilib.
“Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir.