AZ

"Pəncərənə daş atılmasını istəmirsənsə"- Hakan Fidandan İrana xəbərdarlıq

"Pəncərənə daş atılmasını istəmirsənsə, başqasının pəncərəsinə daş atma".

"AzPolitika" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İranın Suriyada YPG və PKK-ya dəstək verə biləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

"Əgər siz başqa ölkədə bir qrupa dəstək verməklə narahatlıq yaratmaq istəyirsinizsə, başqa bir ölkə sizin ölkənizdə başqa bir qrupa dəstək verməklə narahatlıq yaratmaq istəyər. Başqa sözlə, artıq dünyada heç bir şey gizlənə bilməz”, - H. Fidan qeyd edib.

Bölgədə İranla normallaşmanın əldə edilib-edilməməsi ilə bağlı suala isə Fidanın cavabı bu cür olub: "İranda müəyyən qruplar Suriya və İraq məsələlərinə itki və ya qazanc kimi baxır. Amma ümumən ölkədəki ağıllı dövlət adamları bu barədə fərqli düşünə bilərlər".

"AzPolitika.info"

Seçilən
104
azpolitika.info

1Mənbələr