Bakı. Trend:
Ölkəmizdə fəaliyyət göstərən müəssisə və təşkilatlarınəksəriyyətində mühasibat uçotunun səviyyəsi qənaətbəxş deyil.
Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) PHŞ PMS imtahanlarıüzrə aparıcı məsləhətçisi Faiq Abdulla bu gün bu gün Bakıda IIIdəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.
O bildirib ki, bunun əsas səbəbləri maliyyə savadlılığınınyetərincə olmaması, insan resurslarının idarəetmə sistemində lazımikeyfiyyətin olmamasıdır:
"Həmçinin, bu sahəni tənzimləyən qanun, qayda və mexanizmlərintəkmilləşdirilməsinə ehtiyac var. Bu məsələnin həll olunması üçünilk növbədə maliyyə savadlılığını artırmaq və uyğun insanresurslarının idarəetmə sisteminə axın etmək lazımdır. Maliyyəsavadlılığının artırmaq üçün isə biz ilk növbədə bilməliyik ki,hansı bilgilərimiz zəifdir, hansı istiqamətdə özümüzütəkmilləşdirməyə ehtiyac vardır.
Bu istiqamətdə peşəkar mühasib sertifikatı imtahanları olduqcaəhəmiyyətlidir. Bu imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindənkeçirilməsi də şəffaflığın təmin olunması üçün əhəmiyyətlidir".
"Bu günə qədər bu istiqamət üzrə imtahanlarda 6 710 nəfərimtahanların birinci mərhələsində, 6 845 nəfər isə ikincimərhələsində iştirak edib. Təkcə 2024-cü ildə bu imtahanlarınbirinci mərhələsində 3950 nəfər, 3846 nəfər isə imtahanın ikincimərhələsində iştirak edib. Bu da əvvəlki 3 ildə imtahaniştirakçıları sayının təxminən yarısı deməkdir", - deyə F.Abdullaəlavə edib.