AZ

Jurnalist Fatimə Mövlamlı həbs edilib

Jurnalist

Dünən saxlanılan jurnalist Fatimə Mövlamlı həbs edilib.

Reyting.az
xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və məhkəmə təqdimatı təmin edib.

Məhkəmə F. Mövlamlı barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, F. Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(APA)
Seçilən
126
15
reyting.az

10Mənbələr