AZ

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bu həftə ərzində "Azeri LT CIF", "Azeri Light FOB Ceyhan", "Dated Brent" və "Urals" (EX NOVO) markalı xam neftin orta qiymətində azalma qeydə alınıb.

Day.Az xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,89 ABŞ dolları və ya 2,4% azalaraq, 75,8 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 76,71 dollar/barel, minimum isə 75,15 dollar/barel olub.

 

Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 74,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,8 ABŞ dolları və ya 2,36% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 75,36 dollar/barel, minimum isə 73,83 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2,29 ABŞ dolları və ya 3,8% azalaraq, 58,44 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 59,44 dollar/barel, minimum isə 57,44 dollar/barel olub.

"Dated Brent" markalı neftin orta qiyməti 2,34 dollar və ya 3,1% ucuzlaşaraq 73,56 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, "Dated Brent" neftinin maksimal qiyməti 74,57 dollar/barel, minimum isə 72,86 dollar/barel təşkil edib.

Neftin növü / tarix

24.02.2025

25.02.2025

26.02.2025

27.02.2025

28.02.2025

Orta qiymət

Azeri LT CIF

$76,71

$75,15

$75,18

$76,24

$75,71

$75,80

Azeri Light FOB Ceyhan

$75,36

$73,83

$73,90

$75,00

$74,44

$74,51

Urals (EX NOVO)

$59,44

$57,51

$57,44

$58,92

$58,89

$58,44

Dated Brent

$74,57

$72,90

$72,86

$74,00

$73,48

$73,56

Seçilən
15
2
day.az

3Mənbələr