AZ

Tramp Ukraynaya silah yardımını tam dayandırmaq istəyir

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə ekspertlərə Ukraynaya silah tədarükünün müvəqqəti və ya tamamilə dayandırılmasının mümkünlüyünü araşdırmağı göstəriş verib.

Bu haqda The Wall Street Journal (WSJ) yazıb.

Ağ Ev rəhbərinin Ukraynalı həmkarı Volodimir Zelenski ilə Oval kabinetində keçirdiyi gərgin görüşdən sonra belə bir qərara gəldiyi bildirilir.

Nəşrin yazdığına görə, adıaçıqlanmayan yüksək vəzifəli Amerikalı məmur Trampın həqiqətən belə bir göstəriş verdiyini təsdiqləyib. Bununla belə, hələlik Amerikalı dövlət başçısı rəsmi Kiyevin növbəti hansı addımlar atacağını gözləmək niyyətindədir.

Seçilən
141
31
hafta.az

10Mənbələr