Volodimir Zelenskinin ABŞ-yə səfəri fonunda Ukrayna Kubandakı “Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum etməyə cəhd edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bütün dronlar vurulub, kompressor stansiyası normal fəaliyyətini davam etdirir.
Rusiya MN-nin məlumatında qeyd olunub ki, Kiyevin PUA hücumunun məqsədi Avropa ölkələrinə qaz tədarükünü dayandırmaq olub.
Həmçinin Ukraynanın bundan əvvəl iki dəfə Rusiya infrastrukturuna hücum etməyə cəhd etməsi vurğuıamıb: yanvarın 11-də “Russkaya” stansiyasına və fevralın 17-də Kropotkinskdəki Xəzər Boru kəməri Konsorsiumunun obyektinə PUA hücumu edilib.
APA
Tarix: 1 Mart 2025, 15:43