AZ

İki aktyorun ifasında Ag Evdə tamaşa: Uduzan kimdir, udan kim?

ABŞ böyük ölkədir. ABŞ dünyanı idarə etsə də Vyetnamda, Əfqanıstanda, eləcə də Kubada öz istəklərini çata bilmədi. Venesuelda uzun illər apardığı işlər ugursuzluğa düçar oldu. Eləcə də İraqda, Suriyada öz istəklərini tam reallaşdıra bilmədi. Dünən Tramp və Zelenski arasındakı görüşü teatr adlandırmaq olar.

Həm Tramp, həm də Zelenski peşəkar aktyorlardır. Mən deməzdim ki, bu görüş nəyisə dəyişəcək. Sadəcə Ukraynaya başqa ölkələrin dəstəyi çoxalacaq. Bu günə qədər Ukraynaya dəstək verməyən ölkələr də indi Ukraynanın müdafiəsinə qalxıb.

Bu isə o deməkdir ki, Tramp bir görüşlə öz istəyinə nail olub. Yəni Tramp ölkəsini Ukrayna yükündən xilas etməklə onu birbaşa Qərbə verdi. Tramp biznesmendir. İki aktyorun axşam oynadığı teatrda isə uduzan yox, hər ikisi qalibdir. Ukrayna yeni tərəfdaşlar qazanmaqla, ABŞ isə illik 2-3 milyard dollar xərcdən qurtulmaqla buna nail oldu…

Qoşqar Salmanlı

Seçilən
68
moderator.az

1Mənbələr