Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi şənbə günü Böyük Britaniyaya enib.
Viral.az bu barədə CNN-ə istinadla məlumat verir.
Zelenski sabah Londonda Kiyevə dəstəyi müzakirə etmək üçün yığışan Avropa liderlərinin sammitində iştirak edəcək.
Son Yazılar:
- Zelenski Britaniyadadır YENİLƏNDİ
- Ukrayna Fransaya birgə silah istehsalı təklif etdi
- Ukraynanın “Türk axını”na PUA hücumu cəhdi
Ukrayna lideri Volodimir Zelenskinin təyyarəsi dünən axşam Ağ Evdə amerikalı həmkarı Donald Trampla qalmaqallı görüşdən sonra Londona uçub.
Sabah Böyük Britaniyada Zelenskinin iştirakı ilə Ukraynanın təhlükəsizliyinin təminatlarına dair Avropa liderlərinin görüşü keçiriləcək.
Ağ Evdəki görüşdən sonra Böyük Britaniyanın baş naziri Key Starmer Tramp və Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.