AZ

Andrey Lunyov Azərbaycan futbolundakı təcrübəsindən danışdı

Moskva “Dinamo”sunun qapıçısı Andrey Lunyov “Qarabağ”da oynadığı müddətcə Azərbaycan futbolundakı təcrübəsindən söhbət açıb.

Arena.az məlumat verir ki, rusiyalı qolkiper bu barədə “Futbolnoe katanie” layihəsi üçün müsahibəsində müxbir Yebgeniya Medvedevaya danışıb:

– Azərbaycandakı öz oyun təcrübəni necə qiymətləndirirsən?
– Super, bütün planlarda! Bizim üçün mövsüm də uğurlu alındı, avrokuboklar da, yerli çempionat da. Kuboku qazandıq. Özüm haqda bəyan etmək müyəssər oldu, amma lap azacıq axıra çatdırmadıq. Daha da yaxşısına müvəffəq ola bilərdik.

Xatırladaq ki, Andrey Lunyov 2023-cü ilin avqust ayından 2024-cü ilin iyulunadək “Qarabağ”da çıxış edib. 2023-cü ilin yayında Almaniyanın “Bayer” klubundan Ağdam təmsilçisinə keçən qolkiper “Qarabağ”da olduğu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

Rusiyalı qolkiper daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də forma geyinib. O, Rusiya milli komandasında da 8 oyuna çıxıb.

Seçilən
75
arena.az

1Mənbələr